Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı beş qeyri-iş günü zamanı Azərbaycanda bütün istiqamətlər üzrə avtobuslarla 26,7 min sərnişin daşınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə sərnişinlərin daşınmasını təmin etmək üçün 1 070 reys həyata keçirilir.
Xatırladaq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) də daxil olmaqla, respublikanın 56 avtovağzal və avtostansiya kompleksi bayramlarla əlaqədar dekabrın 28-dən gücləndirilmiş iş rejiminə keçmişdi.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına uyğun olaraq, may ayının 31-dən etibarən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, sərnişinlərə avtobuslarla məhdud sayda xidmət göstərilib.
Bayram günlərində respublika üzrə həyata keçirilən reyslərin və daşınmış sərnişinlərin sayı:
Tarix | Reyslərin sayı | Sərnişinlərin sayı |
31.12.2021 | 190 | 3 800 |
01.01.2022 | 190 | 3 800 |
02.01.2022 | 190 | 4 500 |
03.01.2022 | 210 | 5 600 |
04.01.2022 | 290 | 9 000 |
www.yenicag.az