Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

media-hightechnic-468x90

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05