Tramp: “Kuba artıq Venesueladan neft və pul almayacaq”

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Kubanı “diktatura rejimlərini” dəstəkləməkdə günahlandırıb və Venesueladan neft tədarükünün qarşısını almaqla hədələyib.

media-banner_tkm

Yenicag.az məlumatına görə, o, bunu “TruthSocial”da yazıb.

Onun sözlərinə görə, uzun illər Kuba Venesueladan gələn külli miqdarda neft və pul hesabına yaşayıb: “Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna “təhlükəsizlik xidmətləri” göstərib, amma indi artıq belə deyil!”.

O xatırladıb ki, ötən həftə ABŞ-nin Venesuelaya hücumu zamanı həlak olanların əksəriyyəti kubalılar olub: “Venesuelanı indi dünyanın ən güclü hərbi qüvvəsi olan ABŞ-nin müdafiə etməsi lazımdır və biz də onları müdafiə edəcəyik. Kubaya artıq neft və ya pul daxil olmayacaq – Sıfır! Çox gec olmamışdan əvvəl razılaşma əldə etmələrini tövsiyə edirəm”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05