“Bəhram Bağırzadəni səfərə aparıb, fotoqrafı aparmamaq “Qarabağ”a yaraşmır”

media-hightechnic-468x90

“Neftçi”nin keçmiş Müşahidə Şurasının üzvü Bəhram Bağırzadəni səfərə aparıb, fotoqrafı aparmamaq, hardan baxsan, “Qarabağ”a yaraşmır.

Yenicag.az xəbər verir ki, bu fikirləri idman jurnalisti Elsevər Muradzadə özünün sosial media hesabında yazıb.

media-575089645_2682760215390686_8610782213826557985_n

O qeyd edib ki, son illər “Qarabağ” avrokuboklarda səfər matçlarına klubun fotoqrafını aparmır, oyunlardan fotoları isə SMM işinə baxan əməkdaş çəkir.

“Hətta bəzi futbolçular sosial şəbəkələr üçün “Getty Images”in loqolu fotolarından istifadə edirlər. Söz vaxtına çəkər, elə ötən il bu vaxtlar Yusif bəy marketinq rəhbəri olarkən klubun fotoqrafını Norveçə aparmamışdılar. Həmin fotoqrafın isə öz hesabına İstanbula gedib, azarkeşi olduğu “Beşiktaş”ın oyununu çəkdiyini yaxşı xatırlayıram. “Neftçi”nin keçmiş Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin “Qarabağ”la birgə Bilbao səfərinə getdiyini görəndən sonra bu mövzuya toxunmağı özümə borc bildim. Bəhram Bağırzadəni səfərə aparıb, fotoqrafı aparmamaq, hardan baxsan, “Qarabağ”a yaraşmır. Ümid edirəm ki, növbəti səfərlər üçün nəzərə alarlar”, – deyə Elsevər Muradzadə bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa