!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhram Bağırzadənin səhhəti ilə bağlı SON DURUM

!Reklam – Yazi

“Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, sadəcə gözləmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, həyat yoldaşına təcili ağciyər köçürülməsi məsələsi hələlik müzakirə olunmur.

Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov isə bildirib ki, əməkdar artist ECMO cihazına bağlandıqdan sonra son sutkada xəstəliyin dinamikası az da olsa stabilləşib və müsbət gedişat qeydə alınıb:

“Ağciyər xaricindəki digər orqanlarının funksiyalarının normaya dönməsi, laborator analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyərlər aldığı zədədən dolayı funksiyasını göstərə bilmədiyi halda ECMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı problemin olmaması ümidvericidir. Bəhram Bağırzadənin səhhəti ilə bağlı məsələlər yerli və xarici ekspertlərlə gündəlik olaraq müzakirə olunur. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilk gündən məsələni şəxsi nəzarətinə götürüb, əməkdar artistin müalicəsi üçün lazımi preparatlar təmin edilib”.

www.yenicag.az

949
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv