Belarusun “nəfəslik” planı: Lukaşenko müharibəyə niyə qoşulmur?

media-hightechnic-468x90

“Lukaşenko müharibəyə qoşulmayacaq”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Politoloq Belarusun Rusiya-Ukrayna müharibəsinə qoşulma ehtimalını təhlil edib:

“Artıq 4 ildir ki, Belarus bu və ya digər formada müharibədən yayınmağa çalışır. Görünür, bu, əvvəlcədən razılaşdırılmış məsələ də ola bilər. Mümkündür ki, Rusiya Belarus vasitəsilə özü üçün bir “nəfəslik” saxlamağa çalışır. Digər tərəfdən, Belarusun özünü kənara çəkmək siyasəti yürütməsi də istisna deyil. Hər halda, Lukaşenkonun Rusiya ilə məsləhətləşmədən addım atacağı gözlənilmir. Belarusun maraqlarını qorumaq baxımından Lukaşenkonun siyasəti bəllidir. O, istənilən vəziyyətdə bölgədəki münaqişələrdə açar rolunu oynaya bilər. Lakin bunun üçün beynəlxalq şəraitin münasib olması, həmçinin Rusiya və Ukraynanın maraqlarının üst-üstə düşməsi lazımdır. Düşünürəm ki, Belarus müharibəyə girməyəcək. Əgər Lukaşenkonun belə bir niyyəti olsaydı, bunu çoxdan edərdi. Hazırda Belarus müharibəni kənardan izləyən mövqedədir və bu, rəsmi Minsk üçün məqbul variantdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05