Belçikada “Barselona” azarkeşlərini daşıyan avtobus yandı
Belçikada Çempionlar Liqasının matçına gedən “Barselona” azarkeşlərini daşıyan avtobusda yanğın baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Diario Sport qəzeti məlumat yayıb.
Hadisə zamanı bütün fanatlar təxliyə olunub, onlara xüsusi xidmət əməkdaşları nəqliyyatı tərk etməkdə kömək ediblər.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, “Brügge” və “Barselona” komandaları Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində üz-üzə gəlir.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb./Apa/












