Müvəqqəti olaraq şəhəri tərk etmək qərarına gələn Belqorod sakinlərinə həm vilayətin öz ərazisində, həm də qonşu bölgələrdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək edilir.
Yenicag.az xəbər verir ki, bunu Belqorod vilayətinin Starıy Oskol şəhər dairə administrasiyasının rəhbəri Andrey Çesnokov məlumat verib.
Onun sözlərinə görə, 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib.
Qeyd edek ki, yanvarın 5-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov şəhəri tərk etmək istəyənlərin təhlükəsiz yerlərə köçürüləcəyini demişdi.
www.yenicag.az