Bərdədə yaşayış evi külə döndü – VİDEO

Bərdə rayonunda yanğın baş verib.

Yenicag.az xəbər verir ki, vətəndaş Zərifə Hüseynovaya məxsus ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m² sahədə, 2 otağın yanar konstruksiyaları 21 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan talvar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.