!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəşər Əsəd 2016-cı ildə də qalacaq (mı?) – Şərh

!Reklam – Yazi

ESED_suriyaVüqar Zifəroğlu: “Ola bilər regionda başqa radikal terror qruplaşmalarının meydana çıxmasının da şahidi olaq”

Yenicə qədəm qoyduğumuz 2016-cı il Suriyaya sülh gətirmədi. Bu ölkə yenə də müharibə alovunda boğulur. Belə olan halda görəsən, cari ildə Suriya məsələsində müsbətə doğru hansısa bir irəliləyişin olacağı mümkündürmü, yoxsa, orada vəziyyət gərginləşməkdə davam edəcək?
Yenicag.az-a açıqlamasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhəbri Vüqar Zifəroğlu bildirdi ki, Suriya böhranı bu il də öz həllini tapmayacaq. Əksinə, regionda başqa terror qrupları da meydana çıxacaq: “Əslində Suriya məsələsində cari ildə də ciddi bir prinsipial dəyişikliyin olacağını gözləmirəm. Düzdür, bir müddət əvvəl Suriyada etimad hökumətinin qurulması, seçkilərin keçirilməsi, Əsədin artıq geri çəkilməsi istiqamətində ilkin razılaşmalar oldu. Amma inanmıram ki, 2016-cı ildə Əsədin istər seçki, istərsə də zorakı yolla hakimiyyətdən getməsinin şahidi ola bilək. Suriyada proseslər mövcud axarla davam edəcək. Hətta daha kəskin xarakter ala bilər. Səudiyyə Ərəbistanı ilə İran arasında ciddi qarşıdurma baş verərsə, mümkündür ki, bu fonda Suriyada proseslər daha şiddətli, kəskin xarakter almış olsun. Amma ümumilikdə bu il Suriyada hər hansı bir seçkinin keçiriləcəyi və onun da nəticəsində Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə inanmıram. Suriyada hərbi əməliyyatlar bu il davam edəcək, İŞİD problemi də həll olunmayacaq. Bu problem bir, iki aya aradan qalxacaq məsələ deyil. Hətta ola bilər regionda başqa radikal terror qruplaşmalarının da meydana çıxmasının şahidi olaq”.
ELÇİN

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv