“Beşiktaş”ın baş məşqçisi əməliyyat olundu
“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın əməliyyat olunub.
Yenicag.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun damarlarından birinə stent qoyulub.
53 yaşlı məşqçinin vəziyyətinin yaxşı olduğu bildirilib.












