Beyons metronun 1 saat artıq işləməsi üçün 100 min dollar ödədi

media-hightechnic-468x90

Müğənni Beyons Vaşinqton metrosunun iş qrafikini bir saat uzatmaq üçün 100 min dollar ödəyib.

Yenicag.az xəbər verir ki, bu barədə ABC7 yazıb.

Müğənninin Vaşinqtondakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb. Konsertinə gələn tamaşaçılarının evə metro ilə çatması üçün ifaçı əlavə olaraq metronun iş saatını ödəyib.

Qeyd edək ki, Beyons hazırda “Renaissance” adlı dünya turuna çıxıb. Bu, amerikalı müğənninin oktyabrın 1-dək davam edəcək 9-cu konsert turudur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa