Makron eynəyini yenə ÇIXARMADI: NATO sammitində liderlərin ailə fotosunda maraqlı anlar - FOTO

media-hightechnic-468x90

Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinin ikinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün liderləri Beştəpədə qarşılayıb. Ənənəvi ailə fotosunun çəkilməsi üçün bir araya gələn liderlər arasında maraqlı və rəngarəng anlar yaşanıb.

media-banner_tkm

media-meloniden-trumpa-calim-iste-zirveye-damga-vuran-ilginc-anlar-1802014_photogallery_20260708133702_6

Yenicag.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra liderlər mətbuatın qarşısına keçərək birlikdə foto çəkdiriblər. Foto çəkilişi zamanı dövlət başçılarının səmimi söhbətləri və bir-birlərinə qarşı reaksiyaları sammitin ən çox danışılan hadisələrindən olub.

Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun çəkiliş zamanı da eynəyini çıxarmaması diqqətdən qaçmayıb və mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Ötən günlərdə Fransa rəsmiləri Makronun ciddi göz problemi yaşadığını və bu səbəbdən qapalı məkanlarda belə xüsusi eynək taxmaq məcburiyyətində qaldığını bəyan etmişdilər.

Foto çəkilişindən sonra liderlər sammitin əsas iclaslarının keçiriləcəyi zallara yollanıblar.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05