Makronun mavi eynək sirri: Fransa lideri 6 aydır nəyi gizlədir?

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makronun təxminən 6 aydır qapalı məkanlarda və hətta gecə saatlarında belə gözündən çıxarmadığı mavi şüşəli pilot eynəyinin sirri nəhayət bəlli olub. Bu barədə müxtəlif iddialar, o cümlədən xanımı ilə mübahisə etdiyi və üzündən xəsarət aldığı üçün eynək taxdığı kimi şayiələr yayılsa da, real səbəb tamamilə fərqli çıxıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Makronun yanvar ayında keçirilən Davos Forumundan tutmuş Ankaradakı builki NATO Sammitinə qədər bütün rəsmi proqramlarda taxdığı bu eynək əslində onun gözlərini gün şüasından və ya işıqdan qorumurmuş.

media-macronun-gece-gunduz-cikarmadigi-gozlukleri-gundemde-nedeni-belli-oldu-meger-gozunu-k-1802036_202607081520_20260708152041_3

BBC-nin Fransa rəsmi dairələrinə istinadən yaydığı məlumata görə, Makron gözündə yaranan və estetik cəhətdən xoş görünməyən qan sızmasını (göz qanamasını) gizlətmək məqsədilə bu eynəkdən istifadə edir.

Mütəxəssislər Fransa liderinin üzləşdiyi bu problemin “subkonjonktival qanama” (gözün ağ təbəqəsini örtən zərin altındakı kapilyar damarların çatlaması) olduğunu bildiriblər. Bu xəstəlik kənardan çox qorxulu və qırmızı ləkə kimi görünsə də, əslində ciddi bir sağlamlıq riski daşımır, görməyə mane olmur və adətən iki həftə ərzində öz-özünə keçib gedir.

media-macronun-gece-gunduz-cikarmadigi-gozlukleri-gundemde-nedeni-belli-oldu-meger-gozunu-k-1802036_202607081520_20260708152041_2

Hətta Makron bundan əvvəl qatıldığı hərbi tədbirlərin birində hərbçilərə müraciətlə, “Xahiş edirəm, gözümün görüntüsünü üzrlü sayın” deyərək vəziyyəti izah edibmiş.

Həkimlər bu qan sızmasının tamamilə zərərsiz olduğunu desələr də, Fransa liderinin bu keçici problemə görə niyə 6 aydır israrla eynəyi gözündən çıxarmadığı isə hələ də sual doğurur.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05