Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Biləsuvarda bədbəxt hadisə - Ev bayram şamından yandı

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə bu gecə Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Niyaz Əsədova məxsus birmərtəbəli evdə yanğın olub. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb.

Nəticədə ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin iki otağının yanar kosntruksiyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, ev bayram şamının aşması nəticəsində yanıb.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

273