Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri?

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində qış rejiminə keçidlə bağlı bina və obyektlərə istilik təchizatına start verib.

Yenicag.az məlumat verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından artıq bütün qazanxanalar işə salınıb:

“Dağlıq ərazilərdə istilik sistemləri noyabrın 1-dən işə salınıb. Bu gün səhər saatlarından isə Bakı və digər ətraf ərazilərdə prosesə start verilib. Artıq indiki saata qədər Bakının 30 faizindəki bina və obyektlər istilik sistemi ilə təmin olunub. Digər qazanxanalarda isə tənzimləmələr aparılır. Günün sonuna kimi paytaxtda bütün binalara istilik veriləcək”.

R.Əliyev bildirib ki, bütün ərazilərə eyni vaxtda istilik vermək olmur: “Həm qazanxanalar texniki cəhətdən imkan vermir ki, birdən-birə yüksək istiliyi alaq. Məsələn, bir qazanxanada 5 min kubmetr su olur. Həmin suyun hamısı qızmalıdır ki, ondan sonra temperatur tədricən artırılmalıdır. Bunun üçün 12-24 saat vaxt lazımdır”./Trend/

COP29