Bir gündə 1977 nəfər toya buraxılmadı

media-hightechnic-468x90

İyulun 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib.

Yenicag.az xəbər verir ki, 1977 nəfər COVİD-19 pasportu olmadığına görə məclislərə buraxılmayıb. 100 nəfər cərimə olunub. 2 nəfər inzibati qaydada həsb olunub.

Qeyd edək ki, monitorinqlər 213 şadlıq evində və 81 həyətyanı sahədə keçirilən mərasimlərdə aparılıb

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600