ABŞ konqresmenləri Qrenlandiya üçün Danimarkada

media-hightechnic-468x90

Danimarkaya iki günlük səfər zamanı ABŞ Konqresinin 11 üzvü Kopenhagendə mətbuat konfransı keçirərək bəyan ediblər ki, bu səfər onlara Danimarka ilə Qrenlandiya arasında münasibətləri, həmçinin Danimarka daxilindəki vəziyyəti daha yaxşı anlamağa imkan verib.

Yenicag.az xəbər verir ki, nümayəndə heyəti Qrenlandiyaya dəstəyin nümayiş etdirilməsinin vacibliyini və əldə olunmuş nəticələri Amerika ictimaiyyətinə və ABŞ administrasiyasına çatdırmaq niyyətini vurğulayıb.

Demokrat Partiyasından senator Kris Kuns qeyd edib ki, səfərin məqsədi ilk növbədə məlumat əldə etmək idi. Həmçinin konqresmenlər Danimarkanın ABŞ-ın müttəfiqi kimi strateji əhəmiyyətini vurğulayıb və nümayəndə heyətində Respublikaçılar Partiyasının təmsilçilərinin olmamasının bu ölkəyə və Qrenlandiyaya respublikaçılar tərəfindən dəstəyin olmaması anlamına gəlmədiyini bildiriblər.

“250 il ərzində ABŞ-ın Danimarkanın simasında yaxın müttəfiqi var”, – deyə o bildirib.

K.Kuns əlavə edib ki, ABŞ-ın Danimarkaya hazırkı münasibəti gələcəkdə Amerikanın beynəlxalq əlaqələrinə zərər vura bilər.

Qeyd edək ki, bu gün Danimarka və Qrenlandiyada adanın öz müqəddəratını təyin etmək hüququna dəstək məqsədilə kütləvi nümayişlər keçirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa