Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Yenicag.az xəbər verir ki, Trend Bakının müxtəlif yerlərində qiymətlərlə maraqlanıb. Əldə etdiyimiz məlumata görə, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.

Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:

Çantalar: 18-45 manat
Dəftər: 12 qəpik – 1 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Sadə karandaşlar: 10-30 qəpik
Rəngli karandaşlar: 90 qəpik – 8 manat
Pozan: 10-50 qəpik
Qələmyonan: 15 qəpik – 1 manat 20 qəpik
Xətkeş: 10-40 qəpik
Plastilin: 1-3 manat
Pərgar dəsti: 1 – 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Məktəbli forması: 40 və 46 manat

 

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.

www.yenicag.az

211
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100