!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? - VACİB AÇIQLAMA

!Reklam – Yazi

Beynəlxalq maliyyə bazarlarında Bitkoinin qiymət artımı davam edir. Aparıcı kriptovalyuta birjası “Binance”ın məlumatlarına əsasən, kriptovalyutanın dəyəri tarixində ilk dəfə ən yüksək səviyyəyə çataraq 93 min ABŞ dolları həddini keçib.

Yenisabah.az xəbər verir ki, bu, bazar üçün yeni bir rekord hesab olunur. Yaxın gələcəkdə “Bitcoin” qiymətinin yüksəlmə ehtimalı böyükdür ki, bu da investorların marağını daha da artırır.

Bəs, Bitkoninin qiymətinin bahalaşması Azərbaycan manatı üçün hər hansı təhlükə yaradırmı? Bu suala cavab tapmaq üçün millət vəkili Vüqar Bayramova müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirib ki, Bitkoinin bahalaşması ilə yanaşı, eyni zamanda ABŞ-də digər indekslərdə də artımlar müşahidə olunub:

“Bitkoin virtual valyutadır və praktik olaraq dolların məzənnəsinə təsir göstərmir. Eyni zamanda, manatın məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. Amma virtual valyutaların, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

 

Gözlənilir ki, qlobal valyuta bazarında Amerika Birləşmiş Ştatlarının səhmlərinin, eləcə də bondlarının dəyərində artımlar müşahidə olunacaq. Hələlik kəskin artımlar gözlənilmir, amma gələn ildən etibarən ABŞ-nin yeni prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq dəyişikliklərin olacağı gözlənilir”.

Vüqar Bayramov əlavə edib ki, valyuta bazarında aktivlik artır və bunun daha da genişlənməsi gözlənilir: “Ona görə həm virtual valyuta bazarında, həm qlobal valyuta bazarında dəyişiklər müşahidə olunur və Bitkoinin qiymətindəki artımlar da məhz bununla bağlıdır. Bu dəyişiklər fonunda Mərkəzi Bank həm intervensiya imkanlarını qoruyub saxlayır, həm də bu dəyişikliklərə uyğun olaraq məzənnə siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətindədir. Ona görə də Mərkəzi Bankın mövqeyi məhz növbəti dövrlər üçün də həlledici olaraq qalmaqdadır.

Hələlik psixoloji təsirlər məzənnə və qiymət artımlarına gətirib çıxarıb. Yəni Bitkoin və səhmlərin qiymət indekslərdə artımlar var. Amma 2025-ci ilin yanvarından sonra daha real olaraq iqtisadi təsirlər məhz Birləşmiş Ştatlarda həyata keçiriləcək siyasətdən asılı olaraq müəyyənləşəcək”.

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv