"Biz həmişəkindən daha güclüyük!" - Ronaldo

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo klubu ad günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, o, bu  barədə “X” hesabında yazıb.

“Ad günün mübarək, “Əl-Nassr”. Tarix davam edir və biz həmişəkindən daha güclüyük!” , – Ronaldo qeyd edib.

Bildirək ki, klub 1955-ci ildə yaradılıb.

Ötən mövsüm Ronaldo “Əl-Nassr”ın heyətində bütün turnirlərdə 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Bu mövsüm Səudiyyə Ərəbistanı klubu beş oyundan 15 xalla Səudiyyə Ərəbistanı Liqasının cədvəlinə başçılıq edir.

Ronaldo və ailəsi 2023-cü ilin yanvar ayından “Əl-Nassr”ın hücumçusu olduğu Səudiyyə Ərəbistanına köçüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05