“Bizi söyüb-döydülər, biz “banditik”?” – Döyülən həkimlər danışdı – VİDEO

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər. Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Zərərçəkən Eldar Abdıyev təhqir edilib, söyüldüklərini bildirib: “22:23-də burdan çıxdıq, 22:33-də orda olduq. Biz çatanda xəstə artıq vəfat etmişdi. Xəstənin vəfat etdiyini bunlar bilən kimi, başladılar bizi təhqir etməyə, söyməyə. Məni vurdular, tibb bacısını vurdular. Çıxmaq istədik, maşınının qabağına daşlar düzmüşdülər. “Kak bud to biz banditik, nəyik”. Biz xəstə üçün can veririk, döyülürük. Polis bölməsinə zəng eləməyə imkan vermədilər bizə. Çətinliklə çıxdıq gəldik”.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

COP29