BMT büdcəsini 500 milyon dollar azalda bilər

media-hightechnic-468x90

BMT beynəlxalq təşkilatının 2026-cı il üçün büdcəsi 2024-cü illə müqayisədə 15% – 500 milyon dollar azaldıla bilər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, BMT-nin baş katibi Antonio Quterreş 2026-cı il üçün büdcə smetasına yenidən baxdıqdan sonra bu təkliflə çıxış edib. Resursların bölüşdürülməsinə baxılarkən, BMT Nizamnaməsinin üç sütunu: sülh və təhlükəsizlik, insan hüquqları və davamlı inkişaf arasında tarazlıq qorunub saxlanılıb, Quterreş üzv dövlətlərə ünvanladığı məktubda bildirib. O izah edib ki, ixtisarlar sülhməramlı missiyaya dəstək büdcəsinə təsir edəcək. Bundan əlavə, xərcləri azaltmaq üçün bəzi funksiyaların Nyu-York və Cenevrədən daha ucuz yerlərə köçürülməsi planlaşdırılır. Beynəlxalq təşkilat 2027-ci ilə qədər Nyu-Yorkda iki binanın icarəyə verilməsini dayandırmağı planlaşdırır.

Yekun büdcə qərarı 2025-ci ilin dekabrında veriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05