!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

BMT Zaporojye AES-ni təftiş etməyə çağırdı

!Reklam – Yazi

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücumdan sonra obyektdə yoxlama icazəsi istəyib.

Yenicag.az xəbər verir ki, BMT-nin bu addımı atmasına səbəb Ukrayna və Rusiyanın bir-birini zavoda hücumda ittiham etməsidir.

Ukrayna və Rusiya həftəsonu Avropanın ən böyük AES-si olan Zaporojye yaxınlığına düşmüş artilleriya mərmilərinə görə bir-birini günahlandırır. Bölgəyə nəzarəti ələ keçirən Rusiya Ukraynanın elektrik stansiyasını çoxsaylı reaktiv yaylım atəşi ilə vurduğunu, inzibati binalara və anbarın yaxınlığındakı əraziyə ziyan dəydiyini bəyan edib. Ukrayna isə Rusiyanın stansiyaya atəş açdığını, 3 radiasiya sensorunun zədələndiyini, 1 nəfərin yaralandığını açıqlayıb.

BMT-nin Baş katibi bu hücumu intihara bərabər bir hadisə adlandırıb.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Mariano Grossi xəbərdarlıq edib ki, stansiyaya edilən hücumlar nüvə fəlakəti üçün real risk yaradır.

www.yenicag.az

245
Ads
www.veteninfo.com
!Reklam – Arxiv