“Boeing” məhkəmələrdən qaçmaq üçün 1,1 milyard dollarından keçdi

media-hightechnic-468x90

ABŞ-nin “Boeing” şirkəti 2018-2019-cu illərdə iki “Boeing 737 MAX” təyyarələrinin qəzası ilə bağlı məhkəmə çəkişmələrinin qarşısını almaq üçün 1.1 milyard dollar ödəyəcək. ABŞ Ədliyyə Departamenti ilə sülh razılaşmasına, həmçinin komplaens, təhlükəsizlik və keyfiyyət proqramlarını gücləndirmək üçün 455 milyon dolların yönləndirilməsi tədbirləri də daxildir.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) saytında yerləşdirilən məlumatda bildirilir.

“Boeing” şirkəti həlak olanların ailələrinə 444.5 milyon dollar ödəyəcək. Şirkət, həmçinin 487.2 milyon dollar məbləğində cərimələnib, lakin artıq 2021-ci ildə bu məbləğin yarısını ödəyib.

Bundan əlavə, şirkət saxtakarlığa qarşı komplaens və etika proqramını təkmilləşdirməyə davam edəcək.

Müqavilə sayəsində şirkət iyunun 23-də başlaması planlaşdırılan qəzalarla bağlı məhkəmə prosesindən yayına biləcək. İki təyyarənin qəzaya uğraması nəticəsində 346 nəfər ölüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600