Britaniya mətbuatı Bakı-2015-dən yazdı

media-hightechnic-468x90

14249289352223419908_750x500Britaniyanın “The Guardian” qəzeti Bakıda keçiriləcək ilk Avropa oyunlarından bəhs edib.

Məqalədə Bakı-2015-in baş əməliyyat direktoru Simon Kleqqin sözlərinə istinadla qeyd edilir ki, Avropa oyunlarının qitənin idman təqvimində xüsusi yer tutacağı şübhə doğurmur. Avropa cüdo çempionatının da oyunlara əlavə edilməsi bunun daha bir sübutudur. S. Kleqq qeyd edib ki, ilk dəfə keçirilməsinin doğurduğu çətinliklərə baxmayaraq, ilk Avropa oyunları bundan sonra dörd illik beynəlxalq səviyyəli idman tədbiri olacaq.

Yazıda, həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirlərinə yer verilib. O qeyd edib ki, Avropa Oyunları Olimpiya yarışlarının əsas təsnifat marşrutlarından biri olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa