!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel-Tbilisi münasibətlərində soyuqlaşma: “Bu Avropa İttifaqı rəsmisinin karyerasına son veriləcək”

!Reklam – Yazi

“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell təsisatın tarixinin ən uğursuz yüksək vəzifəli şəxslərindən biridir və çox güman ki, yaxın günlərdə karyerasına son veriləcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Mütəxəssis Gürcüstanın Aİ-yə qəbul olması ilə bağlı baş verən son hadisələrdən, habelə Brüssel-Tbilisi münasibətlərində əsən “soyuq küləklər”dən söz açıb.

“Bu baxımdan da, hazırda onun səsləndirdiyi bəyanatların Aİ-nin, məsələn, bir ay sonra xarici siyasət kursunda nə qədər önəmli yer tutacağı şübhə doğurur. Hazırda Borell də daxil olmaqla, bəzi Avropa siyasətçiləri Gürcüstana ayrılan maliyyə yardımını dayandırmaqla hədələyirlər. Söhbət çox güman ki, bu ilin mayında Avropa Sülh Fondundan Gürcüstana ayrılması nəzərdə tutulan 30 milyon avro ilə bağlı razılaşmadan gedir. Gürcüstanın müstəqil inkişafı ilə müqayisədə öldürücü olmayan silahların alınması üçün ayrılan bu vəsait heç bir əhəmiyyət daşımır”, – o, əlavə edib.

Politoloqun fikrincə, digər tərəfdən, Gürcüstan hökumətinin qətiyyətli mövqeyi nəticəsində xarici təsir agentlərinin Qərbdən gələn təlimatlar əsasında keçirdiyi aksiyalar heç bir effekt vermədi və artıq səngiyib:

“Bu isə “Gürcü arzusu”nun həlledici mərhələni geridə qoyduğunu nümayiş etdirir. Çox güman ki, Borrelin hədələri və maliyyə yardımlarının dayandırılması ilə bağlı təhdidlər rəsmi Tbilisinin mövqeyinə təsir göstərməyəcək. Amma etiraz aksiyalarının sentyabrın əvvəlindən etibarən kənardan stimullaşdırılaraq, güclənməsi ehtimalı var”.

“Bu il oktyabrın 26-da Gürcüstanda parlament seçkilərinin keçirilməsi gözlənilir və çox güman ki, Avropa İttifaqı da daxil olmaqla, kollektiv Qərbin əhəmiyyətli hissəsi “Gürcü arzusu”nun hakimiyyətdən getməsinə çalışacaqlar. Əgər yaxın 2-3 ay ərzində Gürcüstan hökuməti ölkə üçün prioritet təşkil edən istiqamətlərdə hansısa nəticələrə nail ola bilərlərlərsə, həmçinin ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı, ən azı pozitiv, ümidverici atmosferin yaranmasına nail olarlarsa, o zaman seçkilərin nəticələrini öz xeyirlərinə dəyişə bilərlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv