“İstər Borrel, istərsə də Avropanın başqa rəsmilərinin Ermənistana səfəri konkret olaraq sülhə hesablanmır”.
Bu fikirləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Cozep Borrelin Ermənistana səfərinin planlaşdırılması haqda danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər səfər baş tutarsa, bu, Borrelin Ermənistana ilk gəlişi olacaq:
“Səfərin kimin təşviqi ilə təşkil edilməsindən asılı olmayaraq, burada yeganə məqsəd Ermənistanı revanşizmə və yeni təxribatlara hazırlamaqdır. Bir sözlə, bu səfər çərçivəsində hansısa sülh məsələsinin müzakirə olunacağından söhbət gedə bilməz.
Nəticədə Ermənistan böyük zərərlə qaşrılaşacağını dərk etməlidir. Bunun ən yaxşı nümunəsini 44 günlük müharibədə hər kəs gördü. Həmçinin Vətən müharibəsi ilə Ermənistanın arxasında kimin dayanmasından asılı olmayaraq, Azərbaycan öz hüquqlarını müdafiə etməyi bacardığını dünyaya isbatladı.
Daha sonra isə antiterror əməliyyatları ilə bunu bir daha nümayiş etdirdik. Yəni istər Borrel, istərsə də Avropanın başqa rəsmilərinin Ermənistana səfəri konkret olaraq sülhə hesablanmır. Bu isə regionda sülh və sabitliyin bərqərar edilməsinə birmənalı əngəldir”.
Nəsimi Ələsgərli
www.yenicag.az