Bu adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq

media-hightechnic-468x90

Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, qanunun təsdiqlənməsinə qədər prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05