!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ailələrə müavinət verilməlidir – Sosioloqdan VACİB TƏKLİF

!Reklam – Yazi

“Bəzən ailələr dünyaya uşaq gətirmək belə istəmirlər, bəzən də bir və ya iki uşaqla haqlı olaraq kifayətlənirlər və çoxuşaqlılığın tərəfdarı olmurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda doğumların sayının azalmasının səbəbləri barədə danışan sosioloq Lalə Mehralı deyib.

Onun fikrincə, bağlanan nikahlara və boşanmaların sayına baxanda doğulan körpələrin azalması halının təbii olması qənaətinə gəlmək olur.

“Təsəvvür edin, bu ilin ilk 7 ayında 22 min nikah olmuşdu və onun 10 mini boşanma ilə nəticələnmişdi. Bu hər iki ailədən birinin dağılması deməkdir. Xüsusilə yeni qurulan ailələrdə 6 ay-1 il ərzində dağılma daha çox müşahidə olunur. Ona görə uşaqların doğum sayı təbii olaraq bu vəziyyətə görə anlaşılandır. Hətta evli qalan ailələrdə belə artım əvvəlki kimi deyil”, – deyə o əlavə edib.

L.Mehralı vurğulayıb ki, bəzən ailələr dünyaya uşaq gətirmək belə istəmirlər, bəzən də bir və ya iki uşaqla haqlı olaraq kifayətlənirlər və çoxuşaqlılığın tərəfdarı olmurlar.

“Çünki şərtlər, imkanlar, maddi vəsait və təminat məsələsində ailələr ciddi problemlər yaşayır. Dövlət  oxuşaqlı dedikdə 5-dən artıq uşağı olan ailələri deyil, 6 uşaqlı ailələri nəzərdə tutur. Amma məncə, 3-dən artıq uşağı olan ailə çoxuşaqlı ailə hesab edilməlidir. Üç uşaqdan sonra ailələrə müavinət verilməlidir. Çünki doğumu stimullaşdırılması şərtdir. Belə getsə, gələcəkdə demoqrafik problemlər özünü göstərə bilər”, – deyə o bildirib.

L. Mehralı qeyd edib ki, uşaq doğumlarının sayının azalmasında abortların rolu da var:

“Xüsusilə qız uşaqlarının azalmasında selektiv abortların rolu böyükdür. Ölkəmizin abortlarla bağlı statistikası çox ürək ağrıdan rəqəmləri ifadə edir. Təkcə abort məsələsinə görə deyil, dediyim kimi, doğumun azalması, ailələrin uşaqdan imtina etməsi, boşanmalar, evlənməkdən imtina hər biri öz cəbhəsində doğumların sayına təsir göstərir. Təbii ki, ortaya da belə mənzərə çıxır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv