!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu ərazilərin minalardan təmizlənməsində həbsdəki ermənilərdən istifadə edilməlidir" - Qulu Məhərrəmli

!Reklam – Yazi

“İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə etməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın dinc sakinləri və eyni zamanda mətbuat nümayəndələrinin mina partlaması nəticəsində həlak olmasına münasibət bildirən professor Qulu Məhərrəmli deyib.

Professora görə, Azərbaycanın dinc vətəndaşlarına qarşı mina terroruna son qoyulmalıdır və bu istiqamət üzrə ciddi addımlar atılmalıdır:

“Jurnalistlərin və digər mülki şəxslərin minaya düşərək həlak olması hər kəsi məyus edir. Müharibədə məğlub olmuş tərəfin özünü bu şəkildə həyasızlıqla aparması dünyada nadir hadisələrdəndir. Minalanmış ərazilərin xəritəsinin verilməməsində Ermənistan hərbçilərinə təsir imkanı olan Rusiya da riyakar mövqe tutur. Moskva bu məsələdən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışır. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, xəritənin verilməyəcəyi təqdirdə əks-tədbirlər görməlidi. O cümlədən, xüsusi minalama taktikasından bəhrələnməli, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə etməlidir”.

Qeyd edək ki, bu gün iki jurnalist və bir yerli icma nümayəndəsi Kəlbəcərdə minaya düşərək həlak olub, dörd nəfər yaralanıb.

Gülşən Şərif

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv