Bu gün mövsümün ilk “El Klasiko”su keçiriləcək

media-hightechnic-468x90

La Liqada 10-cu turun oyunları davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu tur çərçivəsində bu gün “El-Klasiko” keçiriləcək. İki əzəli rəqiblər – “Real” və “Barselona” üz-üzə gələcək.

Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:45-də başlanacaq və Azərbaycanda “İdman TV” vasitəsi ilə canlı yayımlanacaq.

Bu qarşılaşma hər iki komandanın turnir cədvəlindəki mövqeyi baxımından da önəmlidir. Hərəyə 9 oyundan 24 xalı olan “Real” birinci, “Barselona” isə 22 xalla ikincidir.

Kataloniyalılar səfərdə qalib gələrsə, birinci yerə yüksələcək, “Real” isə 3 xal qazanacağı halda liderliyini gücləndirəcək, heç-heçə olsa indiki mövqeyini qoruyacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05