!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün nə qədər tələbə dərsə başlayıb? - FOTO

!Reklam – Yazi

Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə də 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv