Bu gün üç rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Bu gün Ağdam, Masallı və Ağdaş rayonlarının qaz təchizatı dayandırılacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ağdam 4 yol” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Alvadı” və “Ağdaş” Qaz Paylayıcı Stansiyalarının (QPS) girişində 200 mm-lik kranların dəyişdirilməsilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05