!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanıldı

!Reklam – Yazi

Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda əksini tapıb.

Məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 711,593 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv