!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu il "Son zəng" olacaq? - AÇIQLAMA

2020-2021-ci tədris ili üzrə məzun olan şagirdlərin sayı məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, bu il “Son zəng” tədbirlərinin keçirilib-keçirilməməsi ilə bağlı hələ qərar verilməyib.

www.yenicag.az

520
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100