Evinizidə hər gün istifadə etdiyiniz bir çox kosmetik və təmizləyici məhsulların risklərini bilirdinizmi?
Yenicag.az sözügedən məhsulları təqdim edir:
1. Ayaqqabı boyası – Dəri ilə təmasda olduqda zərərli təsir göstərir. Sprey boyalar yerinə süngər boyalara üstünlük verilməlidir.
2. Saç geli – Dəridə səpgilərə, dəri altında kapilyar qanaxmaya səbəb olur. Tərkibində ammonyak olmayan məhsullardan istifadə edin.
3. Saç spreyi – Ağciyər və böyrək xəstəliklərinə səbəb olur.
4. Maşın yağı – Qapıları yağlamaq üçün istifadə edilən bu yağlar tez alışan və zəhərlidir.
5. Dırnaq lakı və aseton – Yanan, zəhərli və dəri üçün qıcıqlandırıcıdır. Hamilə qadınlar istifadə etməməlidir. Toluensiz dırnaq boyaları daha az təhlükəlidir.
6. Ağartıcı məhsullar – Digər təmizləyici maddələrlə qarışdırıldıqda oksid qazı əmələ gəlir. Gözləri və dərini qıcıqlandırır. Əlcəksiz istifadə edilməməlidir.
7. Ev ətri – Ağciyərləri zədələyir. Təravətləndiricilər əvəzinə evi havalandırın.
8. Yapışqan – Yanan, partlayıcıdır, dərini və gözləri qıcıqlandırır, qaraciyəri zədələyir.
9. Saç boyası – Gözlərdə və ağciyərlərdə qıcıqlanmaya səbəb olur. /unikal.az/
www.yenicag.az