!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məktəbin müəllimləri maaşlarını ala bilmirlər - ŞİKAYƏT

!Reklam – Yazi

Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin bir qrup  müəllimi əməkhaqlarını ala bilmədiklərini bildirirlər. 

Yenicag.az xəbər verir ki, Vətəninfo.az-ın  redaksiyasına müraciət Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin müəllimləri 2024-cü ilin sentyabrın 15-dən işə çıxmalarına baxmayaraq, onlara çatacaq 15 günlük əmək haqlarını ala bilmədiklərini deyirlər.

Müəllimlər bildirir ki, bununla bağlı  həm Bakı şəhəri üzrə Təhsil idarəsinə, eyni zamanda rayonun Təhsil İşçiləri Həmkarlar İttifaqına müraciət edərək,hüquqlarının  qorunmasını, həmçinin 15 günlük əmək haqlarının ödənilməsini tələb edirlər.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin müfafiq şöbəsinə rəhbərlik etmiş Azər adlı şəxs müəllimlərin 15 günlük əmək haqlarının hesablanıb köçürülməsi ilə bağlı aktı maliyyə idarəsinə göndərmədiyindən 60-a yaxın müəllimin əmək haqları bu günə kimi köçürülməyib. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məluim olur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin müvafiq şöbənin rəhbəri olan Azər adlı şəxs artıq idarədə çalışmasa da, onun yaratmış olduğu bu qanunsuzluğu Bakı şəhəri üzrə Təhsil idarəsi də aradan qaldırmaq istəmir.

www.yenicag.az

122
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv