!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkə Rusiyanı silahlandırır: Muzdlu döyüşçülər Ukrayna cəbhəsində - SENSASİON DETALLAR

!Reklam – Yazi

“Şimali Koreya müharibənin əvvəlindən olmasa da, təxminən 2023-cü ildən daimi şəkildə Rusiyanı silahla təmin edən ölkələrdən biridir. Bir sıra mənbələrə görə, bu günə kimi Şimali Koreya Rusiyaya fərqli növ raketlər, ballistik raketlər, o cümlədən 11 mindən çox artilleriya mərmiləri göndərib və bu döyüş sursatları müharibədə aktiv şəkildə Ukraynaya qarşı istifadə olunur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, Şimali Koreyalı hərbçilərin gilin ay Donbas regionuna göndərilməsi ilə bağlı Qərb mətbuatında yayılan informasiyaları şərh edib.

S. Zahidov xatırladıb ki, iyun ayının əvvəlində Putinin Şimali Koreya səfəri oldu və bu səfər çərçivəsində Putinlə Şimali Koreya lideri Kim Çen In arasında hərtərəfli strateji əməkdaşlıq sazişi imzalandı və bu sazişə görə tərəflərdən hər hansı biri müharibədə olarsa və yaxud da ki, işğal təhdidi ilə üzləşərsə, digər tərəf ona yardım göstərmək öhdəliyini öz üzərinə götürmüş olur:

“Yəni həmin maddəyə əsasən, indiki halda Şimali Koreya Rusiyaya hər cür yardım göstərə bilər. Bu baxımdan, Şimali Koreyanın Rusiyaya müxtəlif növ qoşun növləri də göndərməsi istisna edilməməlidir. Son bir neçə gündə “Reuters” və digər xəbər agentlikləri məlumat verirlər ki, Şimali Koreya Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün Ukraynanın işğal olunmuş ərazilərinə hərbi mühəndis-istehkam qoşunlarını köçürməyi planlaşdırır. Həmin qoşunlar Şimali Koreyaya xarici valyuta qazandırmaq üçün orada çalışmış olacaqlar. Onlar müxtəlif növ istehkam və quruculuq işləri görəcəklər”.

Politoloq düşünür ki, sözügedən informasiyanın reallaşma ehtimalı böyükdür:

“O baxımdan ki, bu günə kimi Rusiya dünyanın bir sıra ölkələrindən, əsasən, Afrikadan muzdlu döyüşçülər Ukrayna cəbhəsinə gətirib. Rusiyanın Ukrayna hərbində iştirak edən Afrika korpusu var və Burundi, Konqo, Uqanda, Ruanda kimi ölkələrdən əsgərlərin təxminən 2.000-2.200 dollar müqabilində Ukraynaya döyüşməyə gəldiyi bildirilir. Bunlar hələ muzdla döyüşə gələnlərdir, lakin Şimali Koreya ilə əməkdaşlıq sazişinə görə isə artıq bu qoşunların Ukraynada iştirakı üçün hüquqi zəmin var və bu da o deməkdir ki, həmin əsgərlər və qoşunlar Ukrayna cəbhəsində gələ bilərlər, eləcə də müəyyən məbləğ qarşılığında orada çalışacaqlar”.

“Amma sözsüz ki, həmin əsgərlərin sırf istehkam işlərində məşğul olacağına heç kim zamin dura bilməz. Böyük ehtimalla, onlardan elə döyüşçü və sıravi əsgər kimi də ön cəbhədə istifadə olunacaq. Rusiyanın bu dəqiqə taktikası odur ki, kənar dövlətlərin vətəndaşları, o cümlədən, öz vətəndaşlarından – həbsxanadan çıxanları və bu kimi vətəndaşları daha çox ön cəbhədə istifadə edir. Buna ingiliscə “Cannon fodder”, rusca isə “Пушечное мясо” deyilir və bu da ondan irəli gəlir ki, Rusiya kifayət qədər böyük itkilərlə üzləşib və öz vətəndaşları, habelə sıravi əsgərlər arasında daha böyük itkilər əldə etmək istəmir. Belə halda, biz deyə bilərik ki, Ukraynada areal baxımdan olmasa da, sırf fərqli ölkələrin vətəndaşlarının iştirakı baxımından bir dünya müharibəsi gedir və əfsuslar olsun ki, bu hərbin də yaxın zamanda bitəcəyi proqnozlaşdırılmır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv