Bu ölkə SEPAH-ı terror təşkilatı elan etdi
Ekvador hökuməti SEPAH, HƏMAS və Hizbullahı rəsmi olaraq terror təşkilatları kimi tanıyıb.
Yenicag.az xəbər verir ki, bu barədə müvafiq qərar ölkə prezidenti Daniel Noboa tərəfindən imzalanmış 128 nömrəli sərəncamla qüvvəyə minib.
Sərəncamda bildirilir ki, bu təşkilatlar Ekvadorun suverenliyi, ictimai təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhdid yaradır.
Qərarın verilməsində Ekvador Milli Kəşfiyyat Mərkəzinin bu qrupların Latın Amerikasında geniş şəkildə mövcudluğu və yerli cinayət şəbəkələri ilə mümkün əlaqələri barədə verdiyi xəbərdarlıq əsas rol oynayıb. Bu addım ABŞ dövlət katibi Marko Rubionun yaxın günlərdə Ekvadora səfərindən sonra atılıb./axar.az