Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ölkədə ilk koronavirusa yoluxma şübhəsi

KXDR hakimiyyəti ölkədə koronavirus infeksiyasına yoluxma ilə bağlı şübhəli olan ilk hadisə barədə məlumat verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Məlumata əsasən, koronavirusa yoluxmaqda 19 iyulda Cənubi Koreyadan KXDR-ə qayıdan bir xəstə şübhəli bilinir. Həmin şəxsdə koronavirusun səbəb olduğu xəstəliyə bənzər simptomlar müşahidə olunur.

Koreya Xalq Demokratik Respublikasında ilk koronavirus infeksiyasına yoluxma ehtimalı barədə məlumat verildikdən sonra ölkə lideri Kim Çen In Keson şəhərini bağlamaq və onun rayonlarını bir-birindən təcrid etmək qərarına gəlib.

Bildirilir ki, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Kim Çen Inın sədrliyi ilə koronavirus infeksiyası şübhəsinin qeydə alındığı Keson şəhərindəki vəziyyətə baxılması üçün təcili iclas keçirib. Şimali Koreya lideri müvafiq ərazidə fövqəladə vəziyyət rejimi də tətbiq edib. İclasda “milli fövqəladə karantin sistemi”ndən “maksimum fövqəladə vəziyyət sistemi”nə keçmək qərara alınıb.

 

 

www.yenicag.az

465
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100