Bu ölkədə prezident sarayına silahlı HÜCUM EDİLDİ

media-hightechnic-468x90

Cakartada naməlum silahlı qadın prezident sarayı kompleksinə soxulmağa cəhd edib.

Yenicag.az xəbər verir ki, 30 yaşlı qadın çərşənbə axşamı səhər Merdeka prezident sarayına girməyə çalışıb. Prezidentin mühafizə xidmətinin növbətçi əməkdaşları qadının şübhəli davranışını görüb və onun hərəkətlərini diqqətlə izləməyə başlayıblar.

Sarayın hasarından keçmək cəhdi uğursuz olduqdan sonra naməlum qadın geyimində gizlətdiyi silahı hərbçilərə tuşlayıb. Təhlükəsizlik işçisi Dua Anqqa Prayoqa dərhal qadını nişan alıb. Bundan sonra naməlum şəxs tərksilah edilib.

Prezidentin təhlükəsizlik xidməti qadını əlavə araşdırma üçün İndoneziya polisinə təhvil verib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa