Adnan Əhmədzadəni kimlər təbrik etdi? - Zaur Darabzadə ilk günki mövqeyindən çəkilmədi - FOTO

media-hightechnic-468x90

 

Bir vaxtlar Lionel Messi və Ronaldinyo kimi dünya ulduzlarını Azərbaycana gətirməsi ilə gündəm olan, SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə bu gün ad gününü həbsxanada qeyd edir.

Keçmiş illərdə ad günü bir gün əvvəldən başlayan, sosial şəbəkələrdə təbrik yağışına tutulan iş adamı üçün bu il “sükut ili” kimi yadda qalır. Çoxsaylı “dostların” geri çəkildiyi bir vaxtda, ona sadiqliyi ilə seçilən azsaylı şəxslərdən biri Zaur Darabzadə olub.

media-985cc587-ebbc-4a1f-a618-11f02c97db75

“Cinemastercard” idarə heyətinin sədri Zaur Darabzadə həbs olunduğu gün olduğu kimi, bu gün də öz dostuna olan dəstəyini nümayiş etdirərək onu təbrik edib.

Zaur Darabzadə ilə birlikdə Əhmədzadəni təbrik edənlər arasında bloqqer İsmayıl Hüseynli də var.

media-8b9212ae-ec0c-4414-9f4b-97c4a8c9e593

Qeyd edək ki, Adnan Əhmədzadə 2025-ci ilin sentyabr ayında Bakıda keçirilən “Formula 1” yarışları zamanı saxlanılıb. Hazırda istintaq davam edir.

Camal Cavanşir/Yenicag.az

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa