!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə ŞOK QADAĞA: Sərhəd 45 kilometr irəli çəkildi - FOTO

!Reklam – Yazi

Türkmənistanın Balkan vilayətinin Qaraboğaz şəhərində (keçmiş Bekdaş kəndi) sərhədçilər yerli sakinlərin dənizə çıxmasının qarşısını almaq üçün dövlət sərhədini 45 kilometr irəli çəkib.

Yenicag.az yerli KİV-ə istinadən xəbər verir ki, sərhədçilər Xəzər dənizi ilə sahil boyu keçən yol arasında üç metr dərinlikdə xəndək qazaraq tikanlı məftillər çəkiblər.

Belə ki, yerli sakinlər Qazaxıstanla sərhəddən ən azı 45 kilometr aralıda olduqlarını bildirirlər.

Onların fikrincə, sərhədçilər ölkə rəhbərliyindən xəbərsiz fəaliyyət göstərirlər. Onlar üzmək istəyənlərə heç nə izah etmir və heç bir sənəd göstərmirlər. Bu addım vətəndaşların etirazına səbəb olub.

“Dənizkənarı bir şəhərdə yaşayırıq. Burada ailələr əsasən kasıblardır, dənizdən başqa əyləncəmiz yoxdur”, – deyə yerli sakin bildirib.

Göründüyü kimi, sərhədçilər COVID-19 pandemiyası zamanı qoyulan dənizdə çimmək qadağasını tətbiq etməyə davam edirlər, çünki qadağanın rəsmi olaraq ləğvi elan olunmayıb./konkret.az/

 

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv