“Bu ölkələrə “hə” deyə bilmərik” – Ərdoğan

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

“Hə” deyə bilmərik, inciməsinlər. O zaman NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək, – Ərdoğan bildirib.