Əlixan Musayevin gizli səs yazısı yayıldı: Radikal din xadimi Azərbaycan xalqını müşrik hesab edir? - VİDEO

media-hightechnic-468x90

Təkfirçi ideologiyanı yayan Əlixan Musayev iddia edir ki, zahirən şirk edən şəxs müşrikdir…

Yenicag.az Poliqon-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə radikal dini cərəyanın təmsilçisi və təbliğatçısı kimi çıxış edən Əlixan Musayevin gizli səs yazısı yayılıb. Həmin səs yazısında Əlixan Musayev açıq şəkildə Azərbaycan xalqının müşruk olduğuna işarə edir.

Əlixan Musayevin Azərbaycan dindarları arasında təbliğat məqsədli fikirlərini şərh edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov sərt ittihamlarla çıxış edib. İlahiyyatçı qeyd edib ki, bir iddanı alim belə desə, bu dəlil deyil, çünki dəlil ancaq Quran, Rəsulullahın buyruğudur. Əkrəm Həsənov bildirib ki, bu terminologiya məhz İŞİD, xəvaric və oxşar radikal cərəyanların əsas silahıdır.

Poliqon ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun şərhini təqdim edir:

“1-ci: İnsan bilmirsə, sən ona necə müşrik deyib kafir müamələsi edə bilərsən?

2-ci: Sənə kim ixtiyar verib ki, Səudiyyə Ərəbistanında bir alimin dediyini müsəlman Azərbaycan xalqına şamil edəsən?

Alim desə belə alim sözü dəlil deyil. Dəlil yalnız Quran, Rəsulullahın buyruğu və səhabələrin icmasıdır.

Hər bir alim ya haqlıdır, ya da xəta edir. Dəlilsiz söz qəbul olunmaz, kimdən gəlməsindən asılı olmayaraq.

Zahirən şirk edən, küfr edən şəxs bu dünyada hökmü müşrikdir, kafirdir demək çox təhlükəlidir.

“Müşrik” damğasını rahat şəkildə işlətmək, birbaşa təkfir ideologiyasına işarə verməkdir və bunun çox təhlükəli nəticələri var.

Sən bir müsəlmana “müşrik” dedinsə, artıq onu İslam dairəsindən çıxarmış olursan və radikal qruplara “dini əsas” ötürmüş olursan.

Bu terminologiya məhz İŞİD, xəvaric və oxşar radikal cərəyanların əsas silahıdır. Onlar da eyni üsulla başlayırlar: “Bu müşrikdir”, ”Bu kafirdir”, deyə damğa vururlar.

Sonra nə olur? Təkfir normallaşır, müsəlman cəmiyyəti hədəfə çevrilir. Bu səbəbdən “zahiri şirk edən müşrikdir” kimi ümumi, ölçüsüz və məsuliyyətsiz ifadələr təkfir ideologiyasını gücləndirir, gənclərin beynində İŞİD məntiqini legitimləşdirir və fitnənin önünü açır.

Əlixan Musayevin uzun illər ərzində apardığı batil və gizli təkfirçi təbliğatın nəticələri artıq göz qabağındadır. Bu, nəzəri mübahisə deyil, acı nəticələri olmuş real bir təhlükədir.

Reallıq nədir? Onun illərlə yaydığı “zahiri şirk – müşrikdir”, ümumi təkfir dili, xalqı şirk içində göstərən məntiq nəticəsində ölkədə təkfirçi düşüncə artıb, onlarla, yüzlərlə gənc İraq və Suriyada İŞİD kimi terror təşkilatlarına qoşulub, ailələr dağıldı, analar gözüyaşlı qalıb və Azərbaycan gənci yad torpaqlarda başqalarının müharibəsində alət olub.

Bu ideologiya birdən-birə silaha çevrilmir. Əvvəl belə başlayır:

1.Bu müşrikdir

2. Bu müsəlman deyil

3. Bunlar fətrət əhlidir

Əslində isə bu, xəvaric , “İŞİD” yol xəritəsidir.

Əlixan Musayev uzun müddət ölkədə olmayıb, indi qayıdaraq eyni dili, eyni zehniyyəti yenidən yayır. Xüsusilə səmimi, lakin elmi zəif olan gənc dindarları hədəf alır. Bu, sadəcə fikir azadlığı deyil, bu, radikallaşdırma mexanizmidir.

Əlixan Musayevin cəmiyyətə yeritdiyi təkfirçi təfəkkür davam etdikcə, radikalizm ölkəmizin qanayan yarası olaraq qalacaq.

Təəssüf ki, bundan öncəki videolarda da göründüyü kimi Əlixan Musayev bu yolda davam edir.

Əkrəm Həsənov

İlhaiyyat üzrə fəlsəfə doktoru”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa