Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ölkələrin səfirləri Türkiyə XİN-ə çağırıldı

Reklam: Sinerji Pro

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici Nazirliyində olan mənbələrdən bildirilib.

Məlumata əsasən, diplomatlar Osman Kavalanın mühakiməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib. O.Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur.

Diplomatlar O.Kavalanın azadlığa buraxılmasını tələb edərək, onun məhkəməsinin guya “Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını” deyiblər.

www.yenicag.az

184
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100