Banan idxal edənlərə Ekvadorda mafioz iğtişaşlara görə ölkələrə tədarüklə bağlı fors-major xəbərdarlıq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Meyvə və Tərəvəz Məhsulları İdxalçıları Assosiasiyasının prezidenti İrina Norina məlumat verib.
Rusiya və digər ölkə idxalçıları banan tədarükündə mümkün fasilələr barədə kontragentlərdən xəbərdarlıq almağa başlayıblar.
Tərəfdaşlar xəbərdarlıq ediblər ki, Ekvadorda baş verən hadisələrin yaratdığı çaxnaşma limanın müvəqqəti bağlanmasına, əksər agentliklər tərəfindən konteyner buraxılışlarının ləğvinə, karton tədarükünün dayandırılmasına və istehsalçılar tərəfindən banan kəsilməsinin ləğvinə səbəb olub.
Qeyd edək ki, Ekvador Rusiya üçün əsas banan tədarükçüsüdür. Rusiya banan idxalının təxminən 96%-i bu ölkənin payına düşür.
Xuraman Etibarlı
www.yenicag.az