"Bu SSENARİ REALLAŞSA “Qarabağ” “Çelsi”dən xal qazana bilər"

media-hightechnic-468x90

“Bu ssenari reallaşacağı halda, “Qarabağ” “Çelsi” ilə matçda bir xal qazana bilər”.

Bu fikirləri idman jurnalisti Kənan Məstəliyev “Qarabağ” – “Çelsi” matçı ilə bağlı ehtimallarını Yenicag.az-la bölüşərkən bildirib.

media-4884

O xatırladıb ki, İngiltərə təmsilçisi bütün kubokları başı üzərinə qaldırmağı bacaran yeganə klubdur:

“Komandamız çətin sınaq qarşısındadır. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Heyətinin dəyəri təxminən 1,2 milyard avrodur. “Çelsi”nin heyəti güclü oyunçulardan qurulsa da, ideal komanda deyil. Mümkündür ki, boşluqlar yaratsınlar. Zəif nöqtələri var. Müdafiənin cinahları hücuma qoşulduqda boşluqlar yaranır və “Qarabağ” bundan istifadə edə bilər. Müdafiənin mərkəzində də boşluqlar müşahidə olunur. Yəqin ki, Qurban Qurbanov da bunu görüb. Düşünürəm ki, oyun başlayan kimi riskə gedib pressinq tətbiq etmək doğru olmaz. Bu halda oyunçular əlavə enerji sərf etməli olacaqlar”.

Ekspert vurğulayıb ki, “köhlən atlar” mümkün qədər topu özlərində saxlamağı bacarmalıdırlar:

“Bunu “Qarabağ” yerli çempionatda asanlıqla bacarır. Düşünürəm ki, Çempionlar Liqasında da bunu edə bilərlər. “Atletik”lə matç göstərdi ki, rəqib güclü olduqca pressinq tətbiq etmək effektiv olmur. Amma ümid edirəm, həmin oyundakı səhvlərdən nəticə çıxarılıb. Topu özümüzdə saxlayıb meydanda gəzdirməyi bacarsaq, rəqib oyunçular üzərimizə gələcək və müdafiədə boşluqlar yaranacaq. “Qarabağ” isə bundan yararlana bilər. Şanslar mütləq olacaq. Bunlardan maksimum yararlansaq, gözlədiyimiz ssenari reallaşacağı təqdirdə bir xala ümid edə bilərik”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa