!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yolda hərəkət məhdudlaşdırılacaq

!Reklam – Yazi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq, mart ayının 14-ü və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, mart ayının 16-ı və 17-də isə gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq. Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı-Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Yeniçağ.az

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv